Son dəqiqə

TOBB Türkiyə Ticarət və Sənaye Palatası Türkiyədə İraq kapitallı 81 yeni şirkət Türkiyədə qeydiyyata alınan İraq kapitallı şirkətlər

İraq şirkətləri Türkiyəyə 234 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə İraq kapitallı 81 yeni şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55 şirkət çoxdur.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınan İraq kapitallı şirkətlərin ümumi kapitalı 234 milyon türk lirəsi təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 56 milyon 175 min türk lirəsi olub.

TOBB-un məlumatına görə, 2026-cı ilin ilk altı ayında qeydiyyata alınan İraq kapitallı şirkətlərin böyük hissəsi – 34 şirkət İstanbulda fəaliyyətə başlayıb.

"İstanbulda qeydiyyata alınan İraq şirkətlərinin ümumi kapitalı 110 milyon 550 min türk lirəsi təşkil edib", – deyə qurumdan bildirilib.

Məlumata əsasən, bu ilin yanvar–iyun aylarında Türkiyədə yaradılan İraq kapitallı şirkətlərin 36-sı ticarət sektorunda qeydiyyata alınıb. Digər şirkətlər isə sənaye, logistika, xidmət, istehsal, informasiya texnologiyaları və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərir.

Mövzuya görə xəbərlər