Son dəqiqə

Azərbaycan-Türkiyə əlaqələri Türkiyə Statistika Təşkilatı (TÜİK) Türkiyə Ticarət və Sənaye Palatası

Azərbaycan şirkətləri Türkiyəyə 237 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə Azərbaycan kapitallı 116 yeni şirkət qeydiyyata alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 51 şirkət və ya təxminən 78,5 faiz çoxdur.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə fəaliyyətə başlayan Azərbaycan kapitallı şirkətlərin ümumi kapitalı 237 milyon 237 min türk lirəsi təşkil edib. Müqayisə üçün qeyd olunub ki, 2025-ci ilin eyni dövründə bu göstərici 392 milyon 600 min türk lirəsi olub.

TOBB-un məlumatına görə, 2026-cı ilin ilk altı ayında qeydiyyata alınan Azərbaycan şirkətlərinin böyük hissəsi – 79 şirkət İstanbulda fəaliyyətə başlayıb.

"İstanbulda qeydiyyata alınan Azərbaycan şirkətlərinin ümumi kapitalı 172 milyon 350 min türk lirəsi təşkil edib", – deyə qurumdan bildirilib.

Məlumata əsasən, bu ilin yanvar–iyun aylarında Türkiyədə yaradılan Azərbaycan kapitallı şirkətlərin 49-u ticarət sektorunda fəaliyyət göstərir. Digər şirkətlər isə tikinti, xidmət, sənaye, logistika, informasiya texnologiyaları və iqtisadiyyatın müxtəlif sahələrində qeydiyyata alınıb.

Mövzuya görə xəbərlər