Bakı. TurkicWorld:
İran tərəfi qəza nəticəsində həyatını itirən Azərbaycan konsulunun ailəsinə başsağlığı verir.
TurkicWorld-un məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, azərbaycanlı diplomatın meyitinin Azərbaycana aparılması və bu təəssüfləndirici hadisə ilə əlaqədar İran Xarici İşlər Nazirliyinin konsulluq idarəsi Azərbaycanın İrandakı səfirliyi ilə təmasdadır.
Qeyd edək ki, 23 mayda Azərbaycanın İranın Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranov Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olub.






