Son dəqiqə

İran ABŞ Donald Tramp Oman yük gəmisi Hörmüz boğazı Regional Təhlükəsizlik pilotsuz uçuş aparatı

İranın pilotsuz uçuş aparatı ilə hücumu atəşkəs razılaşmasının düşüncəsiz şəkildə pozulmasıdır-Tramp

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp İranı Hörmüz boğazında gəmilərə qarşı pilotsuz uçuş aparatlarından istifadə etməkdə ittiham edərək bunu atəşkəs razılaşmasının "düşüncəsiz şəkildə pozulması" adlandırıb.

TurkicWorld xəbər verir ki, Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

Tramp bildirib ki, İran Hörmüz boğazından keçən gəmilərə qarşı azı dörd kamikadze pilotsuz uçuş aparatı buraxıb.

Onun sözlərinə görə, pilotsuz uçuş aparatlarından biri böyük yük gəmisinin üst göyərtəsinə dəyib. Prezident zərər dəydiyini, lakin gəminin hərəkətini davam etdirə bildiyini qeyd edib.

Donald Tramp əlavə edib ki, ABŞ qüvvələri daha üç pilotsuz uçuş aparatını məhv edib.

ABŞ Prezidenti bu hadisəni atəşkəs razılaşmasının düşüncəsiz şəkildə pozulması kimi qiymətləndirib.

Bununla yanaşı, Trampın hansı konkret hadisəni və ya hansı vaxt baş vermiş insidenti nəzərdə tutduğu açıqlanmayıb. Bir gün əvvəl Oman sahilləri yaxınlığında bir gəmiyə hücum edilmiş, ABŞ həmin hücumda İranı ittiham etmişdi. İran isə bu ittihamla bağlı məsuliyyəti üzərinə götürməyib.

Mövzuya görə xəbərlər