Son dəqiqə

İran ABŞ Birləşmiş Ərəb Əmirlikləri təhlükəsizlik Fövqəladə Hallar Körfəz

Raket təhlükəsi ilə bağlı xəbərdarlıq texniki nasazlıq səbəbindən göndərilib - BƏƏ

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Birləşmiş Ərəb Əmirliklərinin Milli Fövqəladə Hallar, Böhran və Fəlakətlərin İdarə Olunması Qurumu sakinlərə raket təhlükəsi ilə bağlı göndərilən əvvəlki xəbərdarlıqların texniki nasazlıq nəticəsində yayıldığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, qurum nasazlığın ixtisaslaşmış qruplar tərəfindən aradan qaldırıldığını bildirib.

Açıqlamada yaranmış narahatlığa görə üzrxahlıq edilib.

Qeyd olunur ki, Birləşmiş Ərəb Əmirlikləri İran ilə ABŞ arasında gərginlik fonunda raket xəbərdarlıqları və havada zərərsizləşdirmə səsləri səbəbindən ciddi narahatlıq yaşayan Körfəz ölkələrindən biridir.

Mövzuya görə xəbərlər