Son dəqiqə

BMT İran Pakistan Beynəlxalq Dəniz Təşkilatı Hörmüz boğazı dəniz nəqliyyatı Arsenio Dominqes

Çərşənbə axşamından bəri Hörmüz boğazından 115 gəmi təxliyə edilib - BMT

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Dəniz Təşkilatının baş katibi Arsenio Dominqes bildirib ki, çərşənbə axşamından etibarən Hörmüz boğazından 115 gəmi və 2 500 dənizçi təxliyə olunub.

TurkicWorld xəbər verir ki, Arsenio Dominqesin sözlərinə görə, təxliyə əməliyyatları bölgədə təhlükəsizlik risklərinin artması fonunda həyata keçirilib.

Bu arada Pakistan rəsmiləri ABŞ hakimiyyət orqanları tərəfindən saxlanılmış Lenore/Davina gəmisinin 22 iranlı ekipaj üzvünün Pakistanın Kəraçi şəhərinə çatdırıldığını açıqlayıblar.

Məlumata görə, hazırda Pakistan və İranın diplomatik nümayəndəlikləri həmin dənizçilərin təhlükəsiz şəkildə vətənlərinə qaytarılması istiqamətində hazırlıq işlərini davam etdirirlər.

Mövzuya görə xəbərlər