Son dəqiqə

İran ABŞ BƏƏ Beynəlxalq hüquq Abbas Əraqçi Abdullah bin Zayed Əl Nəhyan Hörmüz boğazı Diplomatiya Regional Təhlükəsizlik

BƏƏ və İran xarici işlər nazirləri regional vəziyyəti müzakirə ediblər

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdulla bin Zayed Əl Nəhyan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.

TurkicWorld xəbər verir ki, telefon danışığı zamanı tərəflər regiondakı son vəziyyət və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Məlumata görə, Abdulla bin Zayed Əl Nəhyan imzalanmış anlaşma memorandumunun bütün müddəalarına, o cümlədən bölgədə hərbi əməliyyatların dayandırılması ilə bağlı öhdəliklərə tam əməl olunmasının vacibliyini vurğulayıb.

O bildirib ki, dövlətlərin suverenliyinə hörmət, mehriban qonşuluq prinsiplərinə riayət, beynəlxalq hüquqa ciddi əməl edilməsi, həmçinin dəniz marşrutlarının və beynəlxalq gəmiçiliyin azadlığının qorunması böyük əhəmiyyət daşıyır. Nazir, xüsusilə Hörmüz boğazında gəmi hərəkətinin fasiləsiz təmin edilməsinin vacibliyini qeyd edib.

Abdulla bin Zayed Əl Nəhyan ABŞ ilə İran arasında davam edən danışıqların müsbət nəticə verəcəyinə və bunun regionda davamlı təhlükəsizliklə sabitliyin təmin olunmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.

O əlavə edib ki, bütün regional və beynəlxalq böhranların həllinin ən doğru yolu ciddi diplomatiya və məsuliyyətli dialoqdur.

Mövzuya görə xəbərlər