BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ, İsrail və Livan arasında əldə olunan çərçivə sazişinin İran üçün ciddi zərbə olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Netanyahu televiziya ilə yayımlanan çıxışında razılaşmanın İranın bölgədəki təsirinə qarşı mühüm addım olduğunu deyib.
İsrail Ordusu Radiosunun yayımladığı çıxışdan parçaya əsasən, Baş nazir İsrail ordusunun Hizbullah silahsızlaşdırılana qədər Livanın cənubunda qalacağını bildirib.
Netanyahu qeyd edib ki, Livan Hizbullahı silahsızlaşdırmayana qədər İsrail hərbi qüvvələrinin bölgədəki mövcudluğu davam edəcək.







