BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İranın beynəlxalq hüquqa uyğun olaraq özünü müdafiə etmək hüququna malik olduğunu bəyan edib.
TurkicWorld xəbər verir ki, İsmayıl Bəqai sosial şəbəkə hesabında yaydığı açıqlamada İranın Fars körfəzi sahilində yerləşən qonşu ölkələrini ABŞ-ın İrana qarşı həyata keçirdiyi hücumlardakı rollarına görə məsuliyyət daşıdıqlarını iddia edib.
Onun sözlərinə görə, İranın hərbi imkanları ölkənin xarici təcavüz və cinayət xarakterli hərəkətlər qarşısında qanuni özünümüdafiə hüququnun təminatıdır.
İsmayıl Bəqai bildirib ki, bu imkanlar eyni zamanda regionda sülhün və sabitliyin qorunmasına xidmət edir.
Qeyd edək ki, açıqlamada ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatları dövründə İranın Fars körfəzi ölkələrinə, o cümlədən enerji istehsalı və nəqli infrastrukturlarına davamlı zərbələr endirdiyi də iddia olunub.







