TOBB Türkiyədə Azərbaycan şirkətlərinin kapitalı Türkiyə Ticarət və Sənaye Palatası Türkiyədə Azərbaycan kapitalı Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətləri

Türkiyədə Azərbaycan şirkətlərinin qeydiyyatı və sərmayəsi artıb (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-ci ilin yanvar-aprel ayında Türkiyədə Azərbaycan kapitalı ilə 84 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 35 şirkət çoxdur.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 193 milyon 287 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 367 milyon 750 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2026-cı ilin yanvar-aprel ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (58) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 152 milyon 550 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2026-cı ilin yanvar-aprel ayında Türkiyədə Azərbaycan kapitalı ilə 20 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər