Son dəqiqə

Mikayıl Cabbarov ABŞ Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu (TRIPP)

Azərbaycan və ABŞ arasında TRIPP layihəsi üzrə müzakirələr aparılıb

BAKI,TurkicWorld

Azərbaycan Amerika Birləşmiş Ştatları (ABŞ) arasında Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) layihəsi üzrə müzakirələr aparılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunda köməkçi katibin baş məsləhətçisi Rebecca Neff və ABŞ Ticarət və İnkişaf Agentliyində Avropa və Avrasiya üzrə ölkə meneceri Sarah Leminqnin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüş keçirdik. Görüş zamanı Azərbaycan–ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və iqtisadi əlaqələrin gücləndirilməsi üçün əlverişli mühitin formalaşdığını vurğuladıq.

Eyni zamanda, enerji dəhlizləri, Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP), Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadi və kommersiya komponentləri, eləcə də ölkəmizdə həyata keçirilən infrastruktur, nəqliyyat, rəqəmsallaşma, süni intellekt və digər prioritet layihələrdə ABŞ şirkətlərinin iştirakı imkanları müzakirə olundu", - paylaşımda qeyd edilib.

Mövzuya görə xəbərlər