Son dəqiqə

İran Livan İsrail ordusu Hizbullah

İsrailin hava zərbəsi nəticəsində bir əsgər həlak olub

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Livanın cənubundakı Nəbatiyə şəhərində İsrail ordusunun endirdiyi hava zərbəsi nəticəsində bir Livan əsgəri həlak olub, dördü isə yaralanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Livan Silahlı Qüvvələri rəsmi "X" hesabında məlumat yayıb.

Məlumata görə, əsgərlər avtomobil və motosikletlə hərəkətdə olarkən hədəfə alınıblar. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, lakin onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. İsrail hərbçiləri hadisədən xəbərdar olduqlarını və araşdırma aparıldığını bildiriblər. İsrail tərəfi əməliyyatların Livan ordusuna qarşı deyil, "Hizbullah" qruplaşmasına qarşı yönəldiyini iddia edir. Lakin son günlərdə Livan ordusunun sıralarında itkilərin artması müşahidə olunur.

Qeyd edək ki, İsrailin Livandakı intensiv hücumları nəticəsində indiyədək 880-dən çox insan həlak olub, 1 milyondan çox sakin isə yurd-yuvasından didərgin düşüb. İsrailin müdafiə naziri İsrail Kats Livan hökumətinə xəbərdarlıq edərək bildirib ki, "Hizbullah" tərksilah edilməyəcəyi təqdirdə ölkə ərazi itkiləri ilə üzləşə bilər. Regionda vəziyyət martın 2-də "Hizbullah"ın raket hücumlarından sonra ABŞ-İsrail və İran arasındakı genişmiqyaslı müharibənin tərkib hissəsinə çevrilib.

Mövzuya görə xəbərlər