BAKI,TurkicWorld Orxan Qədirzadə
Almaniya Kansleri Fridrix Merts İranı dərhal danışıqlar masasına oturmağa və diplomatik prosesləri ləngitməkdən əl çəkməyə çağırıb.
TurkicWorld xəbər verir ki, kansler Hörmüz boğazındakı blokadanın aradan qaldırılması üçün rəsmi Berlinin əsas şərtlərini bəyan edib.
Kansler Merts Almaniya hökumətinin Hörmüz boğazındakı dəniz blokadasına son qoyulmasına tərəfdar olduğunu, lakin bunun üçün zəruri texniki və siyasi şərtlərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. O, qlobal enerji bazarları üçün kritik əhəmiyyət kəsb edən bu su yolunda naviqasiya sərbəstliyinin təmin edilməsinin prioritet olduğunu qeyd edib.
İranın regional gərginlikdəki rolunu və vaxt qazanmaq taktikasını tənqid edən Merts bildirib ki, İran artıq danışıqlar masasına oturmalı və məqsədli ləngitmələrdən imtina etməlidir.
Almaniya rəhbəri bu məsələlərdə bütün tərəfdaşları, xüsusilə də ABŞ administrasiyası ilə yaxın təmasda olduqlarını bildirib. Mertsin sözlərinə görə, regional sabitliyin bərpası üçün Vaşinqton və Berlin ortaq strategiya üzrə hərəkət edir.







