BAKI,TurkicWorld Orxan Qədirzadə
Türkiyədə məskunlaşan əcnəbilərin sayı açıqlanıb.
TurkicWorld Türkiyənin Miqrasiya İdarəsinə istinadən xəbər verir ki, Türkiyə ərazisində ümumilikdə 1 milyon 224 min 589 nəfər əcnəbi yaşayır.
Məlumatlara görə, əcnəbilərin əksəriyyəti qısamüddətli yaşamaq icazəsinə malikdir. Belə ki, qısa müddətli yaşamaq hüququ qazananların sayı 433 min 383 nəfər təşkil edir. Siyahıda sonrakı yerləri müvafiq olaraq 389 min 567 nəfərlə digər kateqoriyalar, 227 min 767 nəfərlə təhsil alanlar və 173 min 872 nəfərlə ailəvi məskunlaşanlar tutur.
Rəsmi statistikaya əsasən, yaşamaq icazəsi olan əcnəbilərin böyük hissəsi İstanbul şəhərində cəmləşib. Meqapolisdə 597 min 300 nəfər əcnəbi yaşayır.
Ən çox əcnəbinin yaşadığı digər iri şəhərlər isə aşağıdakı kimi sıralanıb:
Antalya – 133 min 340 nəfər
Ankara – 76 min 986 nəfər
Bursa – 49 min 207 nəfər
Mersin – 41 min 686 nəfər
Qeyd edək ki, ən az əcnəbi vətəndaşın qeydiyyatda olduğu bölgələr Tunceli (235 nəfər), Muş (263 nəfər), Bitlis (263 nəfər) və Bingöldür (330 nəfər).