Son dəqiqə

tender Türkiyədə tender İnşaat tenderi

İstanbulda dövlət xəstəxanasında tikinti işləri üzrə tender elan olunub

BAKI,TurkicWorld, Fərid Mikayılov

İstanbul Səhiyyə İdarəsi tərəfindən Çatalca İlyas Çokay Dövlət Xəstəxanasının poliklinika sahələrinin yenidən qurulması üzrə açıq tender elan edilib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşlərin yer təhvilindən sonra 60 gün ərzində tamamlanması nəzərdə tutulur. Məlumata görə, layihə çərçivəsində xəstəxananın birinci mərtəbəsində yerləşən poliklinika sahələrinin yenidən təşkili nəzərdə tutulur

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 15 may 2026-ci il tarixinə qədər "Ferhatpaşa Mahallesi İstanbul Caddesi Çatalca/İstanbul" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Mövzuya görə xəbərlər