Son dəqiqə

Türkiyə tender Türkiyədə tender İnşaat tenderi

Türkiyə bələdiyyəsindən yeni tender elanı — Azərbaycan şirkətləri də iştirak edə bilər

BAKI,TurkicWorld

Antalya şəhərinin Manavqat Bələdiyyəsi 2026-cı il üzrə müxtəlif tikinti və infrastruktur işlərində istifadə olunmaq məqsədilə 68 adda inşaat materialının tədarükü üçün tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Materialların hamısı və ya sifarişdən asılı olaraq hissə-hissə formada, yer təhvil verildiyi tarixdən etibarən 110 təqvim günü ərzində Manavqat Bələdiyyəsinin müvafiq istehsalat sahəsinə çatdırılmalıdır.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 10 avqust 2026-ci il tarixinə qədər "Yukarı Pazarcı 4010.Sok 9 07600 Manavgat/Antalya" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Mövzuya görə xəbərlər