BAKI,TurkicWorld
Türkiyənin Bursa Böyükşəhər Bələdiyyəsi T2 və T1 tramvay xətləri ilə Bursaray Osmangazi stansiyasının inteqrasiyası layihəsi üzrə dəmir yolu tikintisi işləri üçün açıq tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Layihə çərçivəsində ümumilikdə 173 iş nəzərdə tutulur. Bunlardan 27-si tikinti, 138-i elektrik, 8-i isə elektron sistemlər üzrə işlərdən ibarətdir.
Tenderin əsas işləri arasında 1 ədəd stansiyanın tikintisi və 1200 metr reys xəttinin quraşdırılması yer alır.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 31 iyul 2026-ci il tarixinə qədər "Zafer Mahallesi Ankara Yolu Caddesi No: 1/1 A-Blok 1.Bodrum Kat Osmangazi/Bursa" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir






