Son dəqiqə

İsrail İran ABŞ Pakistan Qətər Səudiyyə Ərəbistanı Şeyx Təmim bin Həməd Al Tani Ciddə Körfəz Əməkdaşlıq Şurası

Ciddədə fövqəladə Körfəz sammiti keçirilir - regional təhlükəsizlik müzakirə olunur

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Körfəz ölkələrinin liderləri regiondakı gərgin vəziyyəti müzakirə etmək üçün Səudiyyə Ərəbistanında toplaşıb.

TurkicWorld xəbər verir ki, Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlərin rəhbərləri Ciddə şəhərində fövqəladə məsləhətləşmə sammiti keçirir.

Məlumata görə, sammitdə ABŞ ilə İran arasında davam edən gərginlik fonunda regional vəziyyət, təhlükəsizlik riskləri və iqtisadi təsirlər əsas müzakirə mövzularıdır. Xüsusilə Hörmüz boğazında yaranmış vəziyyət və bunun qlobal ticarətə təsiri diqqət mərkəzindədir.

Sammit çərçivəsində enerji infrastrukturu, mülki obyektlər və neft obyektlərinə qarşı artan təhlükələr, eləcə də dəniz nəqliyyatında yaranan problemlər ətraflı şəkildə dəyərləndirilir.

Qeyd olunur ki, Körfəz ölkələri son aylarda intensiv hücumlarla üzləşib. Bu hücumlar regionun enerji və nəqliyyat sektorunda ciddi pozuntular yaradıb.

Eyni zamanda, Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında aparılan danışıqların gedişi də sammitdə müzakirə olunur. Diplomatik səylərin davam etdiyi, lakin vəziyyətin hələ də qeyri-müəyyən qaldığı bildirilir.

Sammitdə Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani və digər Körfəz ölkələrinin liderləri iştirak edir. Bəzi ölkələr isə yüksək səviyyəli nümayəndələrlə təmsil olunur.

Mövzuya görə xəbərlər