Son dəqiqə

Fələstin İsrail Livan Qəzza Hizbullah Israel Katz

İsrail Livanda təcili tibbi maşınlara zərbə endirə biləcəyi barədə xəbərdarlıq edib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İsrail və Hizbullah arasında gərginlik fonunda yeni təhlükəli bəyanatlar səsləndirilib.

TurkicWorld xəbər verir ki, İsrail ordusunun ərəb dilli nümayəndəsi Aviçay Adraei sosial şəbəkədə yayımladığı açıqlamada Hizbullahın təcili tibbi avtomobillərdən və tibbi infrastrukturlardan hərbi fəaliyyət üçün istifadə etdiyini iddia edib.

O bildirib ki, belə fəaliyyət dərhal dayandırılmalıdır. Əks halda İsrail ordusu beynəlxalq hüquqa uyğun olaraq həmin obyektlərə qarşı tədbir görəcəyini açıqlayıb.

Hizbullah tərəfi isə bu iddiaları rədd edərək təşkilatın təcili tibbi maşınlardan və tibbi müəssisələrdən hərbi məqsədlər üçün istifadə etmədiyini bildirib.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, martın 2-dən bəri İsrail zərbələri nəticəsində azı 26 tibb işçisi və xilasedici həlak olub. İsrail ordusu isə mülki şəxslərə zərər dəyməməsi üçün tədbirlər gördüyünü açıqlayıb.

Bununla yanaşı, İsrail təyyarələrinin Beyrut üzərinə vərəqələr ataraq Livanın Qəzza zolağında baş verən dağıntılara bənzər nəticələrlə üzləşə biləcəyi barədə xəbərdarlıq etdiyi bildirilir.

Məlumata görə, İsrail ordusu Livanın cənubunda Hizbullah tərəfindən istifadə olunduğunu iddia etdiyi bir körpünü bombalayıb.

İsrailin müdafiə naziri İsrael Katz isə Hizbullahın istifadə etdiyi milli infrastruktura zərbələr endirilə biləcəyi barədə xəbərdarlıq edib.

Eyni zamanda, İsrail Livan sərhədi yaxınlığında əlavə hərbi qüvvələr yerləşdirib və uzunmüddətli hərbi kampaniyaya hazırlaşdığı barədə siqnallar verib.

Hizbullah lideri Naim Qassem isə təşkilatın uzunmüddətli qarşıdurmaya hazır olduğunu bildirib.

Mövzuya görə xəbərlər