BAKI,TurkicWorld
İsrail Müdafiə Qüvvələri ötən gecə ərzində Livanda həyata keçirilən hava əməliyyatlarının gedişində onlarla "Hizbullah" hədəflərinə zərbələr endirib.
TurkicWorld İsrail KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmi "X" hesabında zərbələrin videogörüntüsü və məlumat paylaşılıb.
Vurulan hədəflər arasında "Hizbullah"ın İcraiyyə Komitəsinin baş qərargahı, dronların saxlanıldığı anbar da yer alır.
"Həmin komanda mərkəzlərindən "Hizbullah"ın IDF qoşunlarına və İsrail dövlətinə qarşı çoxsaylı terror hücumların planlaşdırılması üçün istifadə olunacaqdı",- deyə IDF məlumatında qeyd olunur.







