Son dəqiqə

Türkiyə AFAD Bursa

Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib

BAKI, TurkicWorld, Fərid Mikayılov

Türkiyənin Bursa şəhərinin Mustafakemalpaşa rayonunda 3,5 bal gücündə zəlzələ baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib.

Bildirilib ki, zəlzələ yerin təxminən 11,22 kilometr dərinliyində baş verib. İlkin məlumatlara əsasən, hadisə nəticəsində can və mal itkisi barədə məlumat yoxdur.

Aidiyyəti qurumlar bölgədə vəziyyəti nəzarətdə saxlayır

Mövzuya görə xəbərlər