Son dəqiqə

Fələstin İsrail İran ABŞ Livan Türkiyə xarici işlər nazirliyi Hakan Fidan

Hakan Fidan: "Türkiyə müharibəni dayandırmaq üçün diplomatik missiyaya başlayır"

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin xarici işlər naziri Hakan Fidan Kanadalı həmkarı Anita Anand ilə Ankarada keçirdiyi birgə mətbuat konfransında regiondakı gərginliyin aradan qaldırılması üçün yeni diplomatik missiyaya başlayacağını elan edib.

TurkicWorld xəbər verir ki, nazir 18 mart tarixindən etibarən region ölkələrinə səfər edərək Prezident Rəcəb Tayyib Ərdoğanın sülh mesajlarını çatdıracaq.

Fidan çıxışında müharibənin Livana sıçramasından və İraqda vəziyyətin getdikcə mürəkkəbləşməsindən dərin narahatlığını ifadə edib. O, İsrailin xüsusilə İran dövlət xadimlərinə qarşı həyata keçirdiyi sui-qəsdləri kəskin tənqid edərək, bu addımların beynəlxalq hüquqa və müharibə qanunlarına zidd olduğunu vurğulayıb. "Məqsədimiz hər kəsin öz sərhədləri daxilində təhlükəsiz və suveren yaşadığı, fələstinlilərin öz dövlətinə sahib olduğu, İranın və ərəblərin sülh içində olduğu bir regiondur", - deyə nazir bildirib.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, Ankaranın konkret sülh konsepsiyası var və bu təkliflər yaxın günlərdə region liderləri ilə müzakirə olunacaq. O, həmçinin həm Qərb, həm də Şərq ölkələrindən olan həmkarları ilə apardığı müzakirələrin nəticəsi olaraq Türkiyənin qətiyyətli mövqeyini bir daha təsdiqləyib.

Mövzuya görə xəbərlər