Son dəqiqə

tender AFAD Türkiyədə tender 2025 tender elanları

AFAD 30-dan çox generator satın alacaq

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyənin Fövqəladə Hallar və Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) 31 ədəd generatorun alınması üzrə açıq tender proseduruna başlayıb.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində alınacaq generatorların 180 təqvim günü ərzində təhvil verilməsi nəzərdə tutulur.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 13 mart 2026-ci il tarixinə qədər "Üniversiteler Mah. Dumlupınar Çankaya/Ankara" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Mövzuya görə xəbərlər