Son dəqiqə

Fələstin İsrail Qəzza HƏMAS

HƏMAS təzyiq altında heç bir razılaşmaya cavab verməyəcək

Bakı. TurkicWorld:

HƏMAS təzyiq və hərbi gərginlik altında heç bir təşəbbüsə və ya mübadilə razılaşmasına cavab verməyəcək.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə HƏMAS lideri Usamə Həmdan açıqlayıb.

Həmdan onu da bildirib ki, İsrailin Baş naziri Binyamin Netanyahu və Hərbi Nazirlər Kabinetinin HƏMAS-ın atəşkəs təklifini qəbul etməsinə baxmayaraq, hərbi əməliyyatları genişləndirərək Rəfah bölgəsini də əhatə etmək və sərhəd qapısına nəzarəti ələ keçirmək qərarı, onların səylərini pozmaqda israrlı olduqlarının göstəricisidir.

"HƏMAS Misirin bombardmanları və İsrail hərbi maşınlarının mövcudluğu fonunda Rəfah Sərhəd Qapısının açılması tələbini rədd etməsini qəbul etmir", - deyə o əlavə edib.

Qeyd edək ki, İsrail qüvvələri Rəfah sərhəd-keçid məntəqəsinin Fələstin tərəfinə nəzarəti ələ keçirib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər