Son dəqiqə

BMT İsrail Qətər Qəzza zolağı HƏMAS

Qətərin məqsədi Qəzzada sülhü bərpa etməkdir

Bakı. TurkicWorld:

Qətərin məqsədi Qəzzada sülhü bərpa etməkdir.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Dr Majed Mohammed Al Ansari deyib.

“Qətər öz öhdəliyini, etibarlılığını nümayiş etdirdi və prosesin özünə və Qəzza zolağında sülhün əldə olunmasına sadiq olduğunu bir daha sübut etdi.” – deyə Al Ansari qeyd edib.

O bildirib ki, davam edən hücumlar İsrail tərəfinin atəşkəsin əldə edilməsində ciddilik nümayiş etdirmədiyini göstərir.

“İsrailin mövqeyi dəyişsə, bir neçə gün ərzində razılaşma əldə oluna bilər”. – deyə Al Ansari qeyd edib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 3 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübut təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər