Son dəqiqə

Şimali Makedoniya Qəzza zolağı Hakan Fidan

Qəzzadakı soyqırımın məsuliyyəti Netanyahudadır – Hakan Fidan

Bakı, TurkicWorld

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Şimali Makedoniyaya rəsmi səfər edib.

TurkicWorld məlumat verir ki, Fidan Makedoniyanın paytaxtı Skopyedə keçirilən mətbuat konfransında çıxış edib.

O, Qəzzadakı soyqrımların davam etdiyini bildirərək, gərginliyin İordan çayının qərb sahilinə yayıldığını və Məscidül-Əqsaya qarşı təxribatların vəziyyəti daha da pisləşdirdiyini qeyd edib.

İsrailin Qəzzaya davam edən hücumları ilə bağlı Fidan “Qəzzada baş verən soyqırımın əsas məsuliyyəti Netanyahuya aiddir” deyə bildirib.

Fidan həmçinin İsrail ictimaiyyətinin də Netanyahuya qarşı üsyana başladığını vurğulayaraq, “Beynəlxalq ictimaiyyət Netanyahunu dayandırmalıdır. Qırğına səssiz qalmaq, bu cinayətin ortağı olmaq deməkdir” deyə açıqlayıb.

Qeyd edək ki, Hakan Fidan rəsmi səfərdə olduğu Skopyeyə gələn zaman türkcə təhsil verən Tefeyyüz İbtidai məktəbinə də baş çəkib.

Fidan səfəri çərçivəsində Şimali Makedoniyanın ən böyük məscid tikintisini ziyarət edib. Həmçinin Türkiyə Diyanət Vəqfi (TDV) tərəfindən Osmanlı arxitekturası ilə inşa edilən, tikintisi başa çatdıqda Şimali Makedoniyanın ən böyük məscidi olacaq Tophane Məscidi ilə də tanış olub.

Mövzuya görə xəbərlər