Bakı,TurkicWorld
Türiyənin Xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.
TurkicWorld xəbər verir ki, görüşdə Fidan Suriyada sabitliyin təmin edilməsi və keçid dövrünün nizamlı şəkildə başa çatdırılması üçün Suriyanın yeni administrasiyası ilə əməkdaşlıqda fəaliyyət göstərməyin vacib olduğunu bildirib.
Nazir Fidan PKK/YPG terror təşkilatının Suriyaya sığınmasına icazə verilə bilməyəcəyini və Suriyanın yeni rəhbərliyinin ölkənin ərazi bütövlüyü və təhlükəsizliyinin təmin edilməsi istiqamətində səyləri dəstəklədiyini bildirib.
Həmçinin, Fidan Qəzzada daimi atəşkəsin təmin edilməsi üçün daha çox səy göstərilməli olduğunu vurğulayıb.