Son dəqiqə

Fələstin BMT İsrail Qəzza HƏMAS

10 gündə 100 İsrail hərbi maşını məhv edilib - HƏMAS

Bakı. TurkicWorld:

10 gündə 100 İsrail hərbi maşını məhv edilib.

TurkicWorld xəbər verir ki, bu barədə HƏMAS açıqlama verib.

“Son 10 gündə Qəssam üzvləri müharibənin bütün cəbhələrində israil tankları, personal daşıyıcıları və buldozerlər də daxil olmaqla 100 müxtəlif hərbi maşını hədəfə alıblar” – deyə açıqlamada qeyd edilib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 3 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübut təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər