Son dəqiqə

Türkiyə Fələstin BMT İsrail Qəzza zolağı Ərəb Liqası

Ərəb Liqasının Fələstinlə bağlı qərarlarını alqışlayırıq – Türkiyə XİN

Bakı. TurkicWorld:

Ərəb Liqasının Fələstinlə bağlı qərarlarını alqışlayırıq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi Bəhreynin paytaxtı Manamada keçirilən Ərəb Liqasının 33-cü Sammitilə bağlı bəyanat yayımlayıb.

Açıqlamada Ərəb Liqasının mayın 16-da qəbul etdiyi Bəhreyn Bəyannaməsinə daxil edilən Fələstinlə bağlı qərarların müsbət qarşılandığı bildirilib.

Bu qərarların İsrailin Qəzzada həyata keçirdiyi qırğına son qoyulmasına və Fələstin probleminin qalıcı həllinin tapılmasına töhfə verəcəyinə inanıldığı vurğulanıb.

Məlumat üçün qeyd edək ki, sammitdə toplaşan liderlər Qəzzada mülki əhalinin və mülki obyektlərin hədəfə alınması, mühasirədən silah kimi istifadə edilməsi, aclıq, məcburi köçkünlük cəhdləri, nəticədə on minlərlə günahsız fələstinlinin öldürülməsi və yaralanmasına reaksiya verib.

Liderlər 1 milyondan çox köçkün üçün sığınacaq halına gələn Rafaha İsrailin hücumlarının yayılmasını və bunun nəticəsində baş verən humanitar fəlakəti pisləyiblər.

Liderlər Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti İşçi Qüvvələrinin iki dövlət həlli reallaşana qədər işğal olunmuş Fələstin ərazilərində yerləşdirilməsinə çağırıblar.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər