Bakı. TurkicWorld:
Təxminən 600 min insan Rəfahda məcburi köçkün edilib
TurkicWorld xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) X sosial media platformasında paylaşım edib.
UNRWA, İsrail ordusunun hücumlarını davam etdirdiyi və 1,5 milyona yaxın köçkün fələstinlinin sığındığı Rəfah şəhərindəki vəziyyət barədə məlumat verib.
"Qəzzada gedən müharibə səbəbindən təxminən 1,7 milyon insan evlərini və sığınacaqlarını tərk etmək məcburiyyətində qalıb, onların çoxu dəfələrlə məcburi köçkün olub", - deyə bəyanatda qeyd edilib.
Xatırladaq ki, mayın 7-də İsrail ordusu Qəzzanın Rəfah bölgəsinə qurudan hücum edərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb.
Bildirilib ki, İsrail Təhlükəsizlik Kabineti mayın 10-da Rəfah şəhərində qurudan hücumların “ərazinin genişləndirilməsi” ilə bağlı qərarı təsdiqləyib.
Hafiz Rufizoğlu