Son dəqiqə

Türkiyə İsrail Fahrettin Altun

İsrailin Yalan Platforması bir rekord kimi tarixə düşəcək - Fahrettin Altun

Bakı, TurkicWorld

"İsrailin Yalanları platforması əhəmiyyətli və şərəfli bir rekord olaraq tarixə düşəcək".

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Kommunikasiyalar Direktoru Fahrettin Altun, “İsrailin Yalanları” platformasını Türkiyə Cümhuriyyətinin həqiqətə və ədalətə sadiqliyinin bir ifadəsi kimi təqdim edərkən ibildirib.

Altun, bu platformanın, İsrail və onu dəstəkləyən qüvvələrin yaratdığı dezinformasiyaya qarşı ədaləti və həqiqəti müdafiə etmək üçün bir ünsiyyət vasitəsi olduğunu vurğulayıb. O, həmçinin bu platformanın İsrailin yalanlarını yeddi fərqli dildə sənədlərlə ifşa edərək dünya ictimaiyyətinə təqdim etdiyini və bunun tarixi bir əhəmiyyətə sahib olduğunu qeyd edib.

Altun, “İsrailin Yalanları” platformasının İsrailin Qəzzada törətdiyi insan hüquqları pozuntularını ifşa etmək üçün qurulduğunu və bu platformanın rəqəmsal məzmun və sosial media vasitəsilə geniş auditoriyalara çatdırıldığını vurğulayıb. O, platformanın çoxölçülü məlumat bazası ilə beynəlxalq arenada böyük bir boşluğu dolduracağını və İsrailin yalanlarına qarşı detektor kimi fəaliyyət göstərərək həqiqəti dünya ictimaiyyətinə çatdırmağın vacibliyini qeyd edib.

Altun, beynəlxalq medianın ikiüzlü münasibətini də tənqid edərək, İsrailin hərbi və siyasi dəstəklə yanaşı, media tərəfindən də tərəf tutulduğunu və bununla da ifadə azadlığına zidd bir mövqe sərgilədiyini bildiib. Fələstin mövzusunda platformaların qadağalar tətbiq etdiyini misal çəkərək, bəzi rəqəmsal məzmun platformalarının Fələstinlə bağlı filmləri yığışdırmasını insan ləyaqətinə hörmətsizlik kimi dəyərləndirib.

Həmçinin, Fahrettin Altun, İsrailin yalanlarına və dünya miqyasında yaydığı dezinformasiyaya qarşı mübarizə aparmaqda Türkiyənin qətiyyətini vurğulayıb. Altun, “İsrailin Yalanları Platforması”nın haqsızlığa qarşı mübarizə aparmaq və həqiqəti dünyaya çatdırmaq baxımından əhəmiyyətli bir addım olduğunu qeyd edərək, bu platformanın İsrailin soyqırım və zorakılıq cinayətlərini ifşa edən bir vasitə kimi tarixdə mühüm yer tutacağına inandığını bildirib.

Altun, platformanın qurulmasında əməyi keçənləri təbrik edərək, onların haqq və ədalət uğrundakı işlərində davamlı uğurlar diləyib. Türkiyənin bu kimi platformalar vasitəsilə yalnız İsrailin deyil, dünya miqyasında haqsızlığa məruz qalan hər kəsin səsi olacağını və ədalət mübarizəsindən geri çəkilməyəcəyini ifadə edib.

Mövzuya görə xəbərlər