Son dəqiqə

Fələstin İsrail Qəzza zolağı

İsrail ordusu Qəzzada daha iki düşərgəyə hücum edib

Bakı. TurkicWorld:

İsrail ordusu Qəzzada daha iki düşərgəyə hücum edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsindəki Əl-Bureyc Qaçqınlar Düşərgəsi və cənubundakı Rəfah şəhərində Əl-Şuut Qaçqınlar Düşərgələrinə qarşı həyata keçirdiyi hücumlarda üç fələstinli ölüb, çoxlu sayda insan yaralanıb.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 3 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübut təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər