Bakı. TurkicWorld:
İstanbulda Fələstinə dəstək yürüşü keçirilib.
TurkicWorld xəbər verir ki, yürüş İnsan Haqları və Azadlıqları (İHH) Humanitar Yardım Vəqfinin təşkilatçılığı ilə keçirilib.
Axşam namazından sonra Ayasofya məscidinin qarşısına toplaşan camaat əllərində məşəllə Eminönü meydanına doğru addımlayıb.
ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahunun maketlərini daşıyan qrup, İsrailin Qəzzaya hücumlarına türk və ingilis dillərində şüarlarla reaksiya verib.
Çox sayda insanın iştirak etdiyi yürüşün sonunda Eminönü meydanında Quran-ı Kərim oxunub, dualar edilib.
Yürüşə qatılan fransız fəal və beynəlxalq hüquq professoru Frank Romano burada etdiyi çıxışında Eminönündə fələstinlilərlə və izdihamla birlikdə olmaqdan xoşbəxt olduğunu bildirib.
"Ölkəmizdə və bütün dünyada bu gün dolayısı ilə İsrailə xidmət edən sionizm lobbilərinə hər zaman qarşı olacağıq" – deyə Milli idmançı və Qüds ordeninin sahibi Necmettin Erbakan Akyüz qeyd edib.
Məlumat üçün qeyd edək ki, çıxışlardan sonra yürüş başa çatıb.
Hafiz Rufizoğlu