Son dəqiqə

Fələstin İsrail Qəzza zolağı HƏMAS

İsrailin hücumu nəticəsində Qəzzada daha bir xəstəxana fəaliyyətini dayandırıb

Bakı. TurkicWorld:

İsrailin hücumu nəticəsində Qəzzada daha bir xəstəxana fəaliyyətini dayandırıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Qəzzanın şimalındakı Mülki Müdafiə Birliyinin verdiyi yazılı açıqlamada qeyd edilib.

İsrail ordusunun bir müddətdir ətrafına intensiv hücumlar təşkil etdiyi və Qəzza zolağının şimalındakı Beyt Lahiya qəsəbəsində yerləşən Kemal Advan xəstəxanasının xidmətdən çıxdığı açıqlanıb.

“Beyt Lahiyadakı Kamal Advan xəstəxanası İsrail ordusunun təhdidləri və xəstəxana ətrafını bombalaması nəticəsində xidmətdən çıxdı” – deyə açıqlamada qeyd edilib.

Bəyanatda bildirilib ki, İsrail ordusu Cibaliyyənin Tel əz-Zatər bölgəsindəki Əl-Avde xəstəxanasına top mərmiləri ilə hücum edib.

Xatırladaq ki, ötən gün İsrail döyüş təyyarələrinin Kemal Advan xəstəxanası ətrafında həyata keçirdiyi hücumda 10-u qadın, 10-u uşaq olmaqla 28 nəfərin həyatını itirdiyi, çoxlu sayda yaralının olduğu bildirilib.

Güclü hava zərbələri ilə eyni vaxtda, mayın 11-də İsrail ordusu yüz minlərlə insanın yaşadığı və Qəzzanın şimal bölgələrində didərgin düşmüş fələstinlilərin sığındığı Cibaliya Qaçqınlar Düşərgəsi və bəzi ətraf ərazilərə qurudan hücuma keçib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər