Son dəqiqə

İraq Məhəmməd əl-Sudani Pentaqon

İraq və Pentaqon 550 milyon dollarlıq hərbi müqavilə imzalayıb

Bakı, TurkicWorld

İraq və Pentaqon arasında 550 milyon dollar dəyərində “planlı” hərbi müqavilə imzalanıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, müqavilə İraq baş naziri Məhəmməd Şia Əl-Sudaninin ABŞ-a səfəri zamanı imzalanıb.

Əl-Sudani ABŞ-ın müdafiə naziri Lloyd Ostin İraq və ABŞ arasında “Kürdüstan” regionu da daxil olmaqla İraqın hər yerində obyektlərin təhlükəsizliyini təmin etmək üçün davam edən səyləri müzakirə ediblər.

Tərəflər həmçinin ABŞ və İraq arasında mövcud təhlükəsizlik əməkdaşlığını, iki ölkənin üzləşdiyi təhlükəsizlik təhdidlərinin aradan qaldırılması üçün birgə səyləri və İraqda “İŞİD” terror təşkilatını məğlub etmək üçün beynəlxalq koalisiyanın gələcəyini müzakirə ediblər.

Bazar ertəsi Əl-Sudani Vaşinqtonda danışıqlar zamanı Yaxın Şərqdə təmkinli olmağa çağırıb, çünki həftə sonu Tehranın başlatdığı hücumdan sonra İran və İsrail arasında gərginlik artıb.

Qeyd edək ki, İraq həm Vaşinqtonun, həm də Tehranın müttəfiqidir. İraqın hava məkanı İranın İsrailə misli görünməmiş pilotsuz təyyarə və ballistik raket hücumu üçün əsas marşrut olub və İraq rəsmiləri İranın hücumdan əvvəl onları, eləcə də regiondakı digər ölkələri məlumatlandırdığını bildiriblər.

Mövzuya görə xəbərlər