Son dəqiqə

BMT Baş Assambleyası Enerji təhlükəsizliyi Hörmüz boğazı Beynəlxalq ticarət gəmiçilik azadlığı

80 ölkə BMT-də Hörmüz boğazının açılmasına çağırıb

BAKI,TurkicWorld

80 ölkədən ibarət koalisiya BMT Baş Assambleyasında Hörmüz boğazında gəmiçilik azadlığının bərpasına və marşrutun yenidən açılmasına çağırıb.

TurkicWorld xəbər verir ki, ölkələr tərəfindən hazırlanan birgə bəyanatı BMT Baş Assambleyasının iclasında Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyani səsləndirib.

Bəyanatda İranın və onun Yəməndəki müttəfiqlərinin regionda həyata keçirdiyi fəaliyyətlərin beynəlxalq ticarətə və enerji təhlükəsizliyinə mənfi təsir göstərdiyi bildirilib.

“İranın Hörmüz boğazındakı addımları beynəlxalq təhlükəsizliyə, naviqasiya hüquqlarına və azadlıqlarına təhdid yaratmaqda davam edir”, – deyə bəyanatda qeyd olunub.

Ölkələr Hörmüz boğazında beynəlxalq gəmiçilik hüquqlarının və azad hərəkət prinsiplərinin gecikdirilmədən tam bərpa edilməsinə çağırıblar.

Hörmüz boğazı qlobal enerji daşımaları üçün əsas marşrutlardan biri hesab olunur və dünya neft ticarətində mühüm rol oynayır.

Mövzuya görə xəbərlər