İran ABŞ Skott Bessent Hörmüz boğazı Möhsün Rzayi

Möhsün Rzayi ABŞ maliyyə nazirinin İranla bağlı proqnozlarını “xəyalpərəst” adlandırıb

BAKI,TurkicWorld

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ABŞ maliyyə naziri Skott Bessentin İranla bağlı son açıqlamalarına sərt reaksiya verib. Rzayi Tehranın təzyiq və təhdidlər qarşısında geri çəkilməyəcəyini bildirib.

TurkicWorld xəbər verir ki, Möhsün Rzayi “X” sosial şəbəkəsində paylaşım edərək Hörmüz boğazı ilə bağlı mövqeyini açıqlayıb. “Hörmüz təhdid və ya təzyiqlə açılmayacaq. İran geri çəkilməyəcək”, – deyə o bildirib.

Rzayinin açıqlaması Skott Bessentin bir gün əvvəl İranın qlobal gəlir mənbələrindən təcrid edilməsinə yönəlmiş “Operation Economic Outcast” planının nəticə verdiyini bildirməsindən sonra səslənib.

İran rəsmisi ABŞ maliyyə nazirinin açıqlamalarını tənqid edərək onun proqnozlarını “xəyalpərəst” adlandırıb və bunların əvvəldən heç bir etibarlılığa malik olmadığını iddia edib.

Möhsün Rzayi açıqlamasında ABŞ-yə müraciətlə, “Siz hərbi müharibəni uduzdunuz. İqtisadi müharibədə də uğursuz olacaqsınız”, – deyə bildirib.

Mövzuya görə xəbərlər