Son dəqiqə

İsrail HƏMAS Hizbullah YaxınŞərq YaxınŞərqMünaqişəsi DəmirQübbə RaketHücumu HavaMüdafiəsi

İsrail “Dəmir Qübbə”nin effektivliyini açıqladı: 40 min raketin böyük hissəsi məhv edilib

BAKI,TurkicWorld Yusif Şərifzadə

İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sisteminin raket hücumlarına qarşı təxminən 99 faiz effektivlik göstərdiyi bildirilib.

TurkicWorld xəbər verir ki, bu barədə sistemin istehsalçısı olan İsrailin dövlətə məxsus “Rafael Advanced Defense Systems” şirkəti məlumat yayıb.

Şirkətin İdarə Heyətinin sədri Yuval Ştaynitsin sözlərinə görə, İran tərəfindən buraxılan ballistik raketlərdən yalnız bir neçə onunun qarşısını almaq mümkün olmayıb. O bildirib ki, ümumilikdə atılan 1500 raketin böyük əksəriyyəti hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edilib.

Ştaynits qeyd edib ki, 2023-cü ilin oktyabr ayında İsrailə qarşı həyata keçirilən hücumlardan sonra Qəzzadakı “HƏMAS” və Livandakı “Hizbullah” tərəfindən İsrail ərazisinə təxminən 40 min raket atılıb.

Onun sözlərinə görə, “Dəmir Qübbə” sistemi xüsusilə qısa və orta mənzilli raket hücumlarının qarşısının alınmasında mühüm rol oynayıb. İsrail tərəfi sistemin döyüş şəraitində yüksək nəticələr göstərdiyini vurğulayıb.

Mövzuya görə xəbərlər