Son dəqiqə

İsrail Livan Hizbullah YaxınŞərq İranABŞ Diplomatiya SülhDanışıqları Nəbih Bərri

Nəbih Bərri İran–ABŞ danışıqlarından müsbət nəticə gözləyir

BAKI. TurkicWorld:

Livan parlamentinin sədri Nəbih Bərri bildirib ki, Livan İran ilə ABŞ arasında mümkün razılaşmanın tərkib hissəsidir.

O, “Al Jazeera Arabic” telekanalına açıqlamasında İsraillə əldə olunacaq hər hansı razılaşmanın təhlükəsizlik təminatlarını əhatə etməsinin vacibliyini vurğulayıb. Bərri qeyd edib ki, Hizbullahın atəşkəsə əməl etməsinə baxmayaraq, İsrail razılaşmanı pozub.

Nəbih Bərri əlavə edib ki, İran rəsmisi Abbas Araqçi ABŞ ilə müharibənin dayandırılması istiqamətində əldə ediləcək istənilən razılaşmada Livanın da nəzərə alınacağını təsdiqləyib. O, İran–ABŞ danışıqlarının yaxın vaxtlarda müsbət nəticə verəcəyinə ümid etdiyini bildirib.

Parlament sədri, həmçinin prezidentlik institutu ilə baş nazirlik arasında münasibətlərin güclü olmasının ölkədə sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Mövzuya görə xəbərlər