Yanvar ayında Dalaman Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı açıqlanıb (ÖZƏL)

Yanvar ayında Dalaman Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar ayında Türkiyənin Muğla şəhərində yerləşən Muğla-Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 22 faiz artaraq, 78 min 644 nəfər olub.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumata görə, yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 9 faiz artaraq 69 min 660 nəfər, beynəlxalq reyslər üzrə isə 276 dəfə artaraq 8 min 984 nəfər təşkil edib.

Bu ilin yanvar ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 23 faiz artaraq 625 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin yanvar ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 538 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 7,62 dəfə artaraq, 87 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin yanvar ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 45 faiz artaraq, 1 min 366 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 38 faiz artaraq 1 min 274, beynəlxalq reyslər üzrə isə 3,6 artaraq 92 olub.

2023-cü ilin yanvar ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 13 milyon 625 min 43 nəfər, yük dövriyyəsi isə 292 min 330 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.