Dalaman Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı kəskin şəkildə artıb (ÖZƏL)

Dalaman Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı kəskin şəkildə artıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin dekabr ayında Türkiyənin Muğla şəhərində yerləşən Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 99 faiz artaraq, 4 milyon 622 min 280 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 24 faiz artaraq 1 milyon 729 min 316 nəfər, beynəlxalq reyslər üzrə isə 2,11 dəfə artaraq 2 milyon 892 min 964 nəfər təşkil edib.

Keçən ilin dekabr ayında hava limanının yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,35 dəfə artaraq 56 min 336 ton təşkil edib. Bununla yanaşı, 2022-ci ilin dekabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 14 min 575 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 2,80 dəfə artaraq, 41 min 760 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin dekabr ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 36 faiz artaraq, 43 min 221 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 7 faiz azalaraq 22 min 554, beynəlxalq reyslər üzrə isə 1,77 faiz artaraq 20 min 667 olub.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.