BAKI,TurkicWorld Orxan Qədirzadə
2026-ci ilin yanvar-may ayında Türkiyədə Azərbaycan kapitalı ilə 99 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 45 şirkət çoxdur.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 215 milyon 237 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 377 milyon 650 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2026-cı ilin yanvar-may ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (99) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 215 milyon 237 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2026-cı ilin yanvar-may ayında Türkiyədə Azərbaycan kapitalı ilə 41 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir



