Son dəqiqə

TOBB Türkiyə Ticarət və Sənaye Palatası ABŞ kapitalı ABŞ şirkətləri

ABŞ şirkətləri Türkiyəyə 9 milyard lirəlik yatırım edib (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-ci ilin yanvar-iyun ayında Türkiyədə ABŞ kapitalı ilə 46 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12 şirkət çoxdur.

Bu barədə TurkicWorld -ya Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan ABŞ şirkətlərinin məcmu kapitalı 9 milyard 88 milyon 955 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 79 milyon 22 min 500 türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2026-cı ilin yanvar-iyun ayında ABŞ şirkətlərinin əksəriyyəti İstanbulda (35) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən ABŞ şirkətlərinin ümumi kapitalı 9 milyard 78 milyon 943 min 500 türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2026-cı ilin yanvar-iyun ayında Türkiyədə ABŞ kapitalı ilə 14 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər