Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyə Statistika Təşkilatı (TÜİK) İxracat

Türkiyənin hazır geyim ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Orxan Qədirzadə

2026-cı ilin mart ayında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz azalaraq, 1 milyard 211 milyon 280 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2026-cı ilin yanvar-mart aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz azalaraq, 3 milyard 875 milyon 355 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 16 milyard 460 milyon 630 min dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər