Son dəqiqə

Almaniya Fridrix Merts Hökumət Yens Şpan Nina Varken CDU Torsten Fray Karsten Linnemann

Almaniyada hökumətdə kadr dəyişiklikləri gözlənilir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Almaniya kansleri Fridrix Mertsin cümə günü federal hökumətdə genişmiqyaslı kadr dəyişikliklərini elan edə biləcəyi bildirilir.

TurkicWorld xəbər verir ki, məsələ ilə tanış olan üç mənbənin Reuters agentliyinə verdiyi məlumata görə, dəyişikliklər Xristian Demokrat İttifaqının (CDU) tanınmış simalarından olan Yens Şpanın istefasından sonra gündəmə gəlib.

Məlumata əsasən, hazırkı səhiyyə naziri Nina Varkenin kansler aparatının rəhbəri vəzifəsinə gətiriləcəyi gözlənilir. Hazırda həmin vəzifəni tutan Torsten Frayın isə Bundestaqda CDU/CSU fraksiyasının rəhbəri kimi Yens Şpanı əvəz edə biləcəyi bildirilir.

Mənbələrin sözlərinə görə, CDU-nun baş katibi Karsten Linnemannın səhiyyə naziri vəzifəsinə təyin olunması da müzakirə olunur. Bu barədə ilk olaraq Bild qəzeti məlumat yayıb.

Qeyd olunur ki, kansler Fridrix Merts dəyişiklikləri cümə günü açıqlaya bilər. Bununla belə, mənbələr danışıqların hələ yekunlaşmadığını və qərarın tam təsdiqlənmədiyini bildiriblər.

Yens Şpan ötən şənbə ABŞ-da surroqat ana vasitəsilə övlad sahibi olmasından sonra istefa verib. Bu addım CDU-nun surroqat analığa qarşı mövqeyi ilə ziddiyyət təşkil etdiyi üçün partiya daxilində müzakirələrə səbəb olub.

Şpan əvvəllər Fridrix Mertsin partiya daxilində əsas siyasi rəqiblərindən biri hesab olunurdu.

Mövzuya görə xəbərlər