Son dəqiqə

NATO Latviya Almaniya Eurofighter Typhoon Hava məkanı

Almaniya qırıcıları seçkilər müddətində Latviyanın hava məkanını qoruyacaq

BAKI,TurkicWorld

Almaniya Latviyanın hava məkanının mühafizəsini müvəqqəti gücləndirmək üçün ölkəyə dörd "Eurofighter" qırıcısı göndərib.

Bu barədə "Defense News" nəşri məlumat yayıb.

Qeyd olunur ki, təyyarələr Lielvard aviabazasına çatıb. Almaniya qırıcıları Latviyada parlament seçkilərinin keçirildiyi müddətdə müxtəlif tapşırıqları yerinə yetirəcək. Onların ölkədə yerləşdirilməsi hava patrulunun və mümkün təhdidlərə cavab tədbirlərinin gücləndirilməsi zərurəti ilə əlaqədardır.

"Eurofighter" qırıcıları Latviyada təxminən bir həftə qalacaq, daha sonra Almaniyaya qayıdacaqlar. Bu addım NATO ölkələri arasında müttəfiqlik əməkdaşlığı çərçivəsində atılıb.

Latviyada parlament seçkiləri oktyabrın 3-də keçiriləcək. Seçkilərdə 15-ci Seymin 100 deputatı seçiləcək. Səsvermə beş seçki dairəsində – Riqa, Vidzeme, Latqale, Zemqale və Kurzemedə keçiriləcək.

Mövzuya görə xəbərlər