BAKI, TurkicWorld, Nailə Babazadə
2025-ci ilin noyabr ayında Türkiyənin Qaziantep Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 2 milyon 827 min 469 nəfər olub.
Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 1 faiz artaraq, 2 milyon 404 min 43 nəfər, beynəlxalq reyslər üzrə isə 25 faiz artaraq 423 min 426 nəfər təşkil edib.
2025-ci ilin noyabr ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 29 min 26 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin noyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 21 min 149 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 17 faiz artaraq, 7 min 878 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2025-ci ilin noyabr ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin noyabr ayı ilə müqayisədə 13 faiz artaraq, 26 min 350 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 12 faiz artaraq, 23 min 422, beynəlxalq reyslər üzrə isə 25 faiz artaraq 2 min 928 olub.
2025-ci ilin noyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 229 milyon 584 min 573 nəfər, yük daşınması isə 4 milyon 738 min 323 ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.







