BAKI,TurkicWorld
Türkiyənin Antalya şəhərində ağır yol hadisəsi baş verib.
Bu barədə IHA məlumat yayıb.
Yük maşını ictimai nəqliyyat dayanacağının üzərinə aşıb. Hadisə nəticəsində iki qadın — 20 yaşlı Rusiya vətəndaşı Arina Dautova və 23 yaşlı Azərbaycan vətəndaşı Alena Dovqaleva həlak olub.
Qəza sentyabrın 27-də saat 19:00 radələrində Manavqat–Alanya avtomobil yolunda baş verib. İlkin məlumata görə, yük maşını yo layrıcında dayanmış avtomobillə toqquşduqdan sonra yol kənarında yerləşən dayanacağın üzərinə aşıb.
Xilasedicilər ağır texnikanın köməyi ilə yük maşınını qaldırıb və onun altında iki qadının meyitini aşkar ediblər. Yük maşınının sürücüsü yüngül xəsarət alıb və tibbi yardım göstərildikdən sonra saxlanılıb.






