Son dəqiqə

Türkiyə limanları Yük daşımaları Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Türkiyə yük daşımaları Türkiyə limanlarında yük daşımaları Türkiyə daxili və beynəlxalq yük daşımaları

Türkiyə limanları aprel ayında 4 mindən çox gəmi qəbul edib (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-cı ilin aprel ayında Türkiyə limanları ümumilikdə 4 min 871 gəmi qəbul edib.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hesabat dövründə Türkiyə limanlarına xarici ölkələrin bayraqları altında fəaliyyət göstərən 3 min 248 gəmi daxil olub.

Məlumata görə, eyni dövrdə türk bayrağı altında fəaliyyət göstərən və limanlara qəbul edilən gəmilərin sayı isə 1 min 623 təşkil edib.

Qeyd edək ki, Türkiyə son illərdə liman infrastrukturu, tranzit daşımaları və beynəlxalq logistika marşrutları üzrə strateji mövqeyini gücləndirməyə çalışır. Xüsusilə Orta Dəhliz və regional ticarət marşrutlarının inkişafı ölkənin dəniz nəqliyyatı sektorunda əhəmiyyətini artırır.

Mövzuya görə xəbərlər