BAKI,TurkicWorld Orxan Qədirzadə
2026-ci ilin aprel ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 25 milyon 679 min 7 nəfər olub.
Bu barədə TurkicWorld - ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 3,9 faiz artaraq, 5 milyon 165 min 82 nəfər, beynəlxalq reyslər üzrə isə 2 faiz artaraq 20 milyon 513 min 925 nəfər təşkil edib.
2026-ci ilin aprel ayında hava limanının yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 1 milyon 123 min 688 ton təşkil edib. Bununla yanaşı, 2026-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək, 60 min 95 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 4 faiz artaraq, 1 milyon 63 min 592 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2026-ci ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2025-ci ilin aprel ayı ilə müqayisədə 3 faiz artaraq, 170 min 928 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz artaraq, 36 min 999, beynəlxalq reyslər üzrə isə 2 faiz artaraq 133 min 929 olub.
2026-ci ilin aprel ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 67 milyon 496 min 871 nəfər, yük daşınması isə 1 milyon 556 min 527 ton təşkil edib.




